Əsas Səhifə > Müsahibə > Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək: “İlham Əliyev məni gözləyir”
Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək: “İlham Əliyev məni gözləyir”16-12-2019, 10:21 |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avro-2020”də Türkiyənin keçirəcəyi iki görüşü Bakıda izləyəcək. Rubrika.Az-in Oxu.Az-a istinadla məlumatına görə, bu barədə R.T.Ərdoğan Türkiyənin bir neçə televiziya və radiosuna verdiyi müsahibəsində bildirib. R.T.Ərdoğan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev onu Bakıya dəvət edib. “İlham Əliyev qardaşımla görüşdük, o da məni gözləyir. İnşallah, oraya gedər və qrupdan uğurla çıxarıq”, - deyə Türkiyə Prezidenti əlavə edib. Qeyd edək ki, futbol üzrə “Avro-2020”nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimi müəyyənləşib. İyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də isə İsveçrə-Türkiyə oyunları keçiriləcək. A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər üç oyununu Roma şəhərindəki “Olimpiko” stadionunda keçirəcək. Rubrika.Az Geri qayıt |