Əsas Səhifə > İdman > "Milan" İbrahimoviçlə danışıq aparır

"Milan" İbrahimoviçlə danışıq aparır


16-12-2019, 12:16
"Milan" İbrahimoviçlə danışıq aparır

İtaliyanın “Milan” klubu sabiq futbolçusu Zlatan İbrahimoviçlə danışıq aparır.

Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bu barədə “Football Italia”ya açıqlamasında “rossoneri”in idman direktoru Paolo Maldini bildirib.
O, 38 yaşlı isveçli hücumçunun mövqeyinə başqa namizədləri də gözdən keçirdiklərini vurğulayıb.
Qeyd edək ki, ABŞ təmsilçisi “Los-Anceles Qelaksi”dən ayrılan İbrahimoviç karyerası ərzində vətənində “Malmö”, Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter”, “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” komandalarının formasını geyinib.

Rubrika.Az
Geri qayıt