Əsas Səhifə > Hadisə > Bakıda türkiyəli iş adamı döyüldü

Bakıda türkiyəli iş adamı döyüldü


17-12-2019, 10:12
Bakıda türkiyəli iş adamı döyüldü

Paytaxtın Nizami rayonunda döyülmə faktı qeydə alınıb.

Rubrika.Az oxu.az-a istiandla bildirir ki, Keşlə qəsəbəsində, 251 saylı orta məktəbin yaxınlığında 2 nəfər naməlum şəxs “Klişe MMC”nin rəhbəri, 1985-ci il təvəllüdlü Dəmir Eray Cəlal oğluna qarşı xuliqanlıq edib. Onlar E.Dəmirdən pul tələb ediblər. Naməlum şəxslər Eray Dəmirin etiraz etdiyini gördükdə, onu döyərək xəsarət yetiriblər.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması, alının əzilmiş yarası diaqnozu qoyulub.

Oxu.az bildirir ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt