Əsas Səhifə > Hadisə > ABŞ-da kazinoda atışma

ABŞ-da kazinoda atışma


18-12-2019, 10:33
ABŞ-da kazinoda atışma

ABŞ-ın Montana ştatının Qreyt-Fols şəhərində kazinoda atışma olub.

Virtualaz.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat şəhər polisinin "Facebook" səhifəsində yaılıb. Baş vermiş hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Atəş açan şəxs zərərsizləşdirilib.

Bildirilir ki, polis, sabah kazinonun yaxınlığında yerləşən ibtidai məktəbin bağlanacağını elan edib.

Rubrika.Az
Geri qayıt