Əsas Səhifə > İdman > Azərbaycan yığmalarının Avropa Liqasındakı oyunlarının təqvimi açıqlanıb
Azərbaycan yığmalarının Avropa Liqasındakı oyunlarının təqvimi açıqlanıb18-12-2019, 11:46 |
|
Voleybol üzrə Avropa Liqalarının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millilərinin də yarışdakı oyunlarının ardıcıllığı bilinib. Qadınlardan ibarət komandamız Qızıl Avropa Liqasına evdə start verəcək. Voleybolçularımız ardıcıl 2 ev matçından sonra səfərə çıxacaqlar. İkinci dövrənin ilk görüşü doğma divarlar arasında baş tutacaq. Yığma son 2 matçını isə ölkədən kənarda oynayacaq. Gümüş Avropa Liqasında mübarizə aparacaq kişilərdən ibarət komandamız isə öncə Finlandiya ilə, sonra Xorvatiya ilə evdə-səfərdə oynayır. Qeyd edək ki, Qızıl Avropa Liqasında “Dördlər finalı” iyunun 20-21-də Bolqarıstanda olacaq. Gümüş Avropa Liqasında isə həmin vaxt qrup qalibləri finalda üz-üzə gələcək və ən güclü Qızıl Avropa Liqasına yüksələcək. Qızıl Avropa Liqası Qadınlar C qrupu 23-24 may I tur Azərbaycan – Rumıniya Ukrayna – İspaniya 27 may II tur Azərbaycan – Ukrayna Rumıniya – İspaniya 30-31 may III tur İspaniya – Azərbaycan Ukrayna – Rumıniya 6-7 iyun IV tur Azərbaycan – İspaniya Rumıniya – Ukrayna 10 iyun V tur Ukrayna – Azərbaycan İspaniya – Rumıniya 13-14 iyun VI tur Rumıniya – Azərbaycan İspaniya – Ukrayna Gümüş Avropa Liqası Kişilər A qrupu 23-24 may Finlandiya – Azərbaycan 27 may Xorvatiya - Finlandiya 30-31 may Azərbaycan – Finlandiya 2 iyun Azərbaycan – Xorvatiya 10 iyun Xorvatiya – Azərbaycan 13-14 iyun Finlandiya - Xorvatiya Rubrika.Az Geri qayıt |