Əsas Səhifə > Hadisə > Köçəryanın həbsdən çıxmasına komissiya yaradıldı
Köçəryanın həbsdən çıxmasına komissiya yaradıldı18-12-2019, 16:18 |
![]() Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsdən azad olunmasını tələb edən komissiya yaradılıb. Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı, “Daşnaktsutyun” partiyasının sabiq üzvü Aqvan Vardanyan deyib. “Bir müddət əvvəl yüzə yaxın ictimai, siyasi, mədəni, idman dairələrinin nümayəndələri Koçaryanı dəstəkləyən bəyanat vermişdilər. Onlar hakimiyyəti şəxsi ambisiyalardan güclü olmağa, məhkəmə sisteminə təzyiqləri dayandırmağa çağırıblar. Həmçinin, Koçaryanın sərbəst buraxılmasının sosial həmrəyliyə təkan verəcəyinə ümid etdiklərini də söyləyiblər", - deyə Vardanyan bildirib. Onun sözlərinə görə, artıq 60 minə yaxın şəxs bu bəyanatı imzalasa da, hakimiyyətin mövqeyi dəyişməyib: “Perspektivsiz siyasət davam edir. Bu gün ictimai həyatda gərginliyin səbəbi 1 mart işinin inkişafı, Koçaryanın qanunsuz həbsidir. Aydındır ki, Köçəryana verilən ittihamın 10 nəfərin ölümünün səbəblərinin açılması ilə heç bir əlaqəsi yoxdur". Vardanyanın fikrincə, Köçəryanın həbsdə saxlanılması dövlət üçün zərərlidir: “Onun həbsi nə dövlətə, nə də vətəndaşlara heç nə vermir. Sabiq prezident barəsində verilən həbs qətimkan tədbirini dəyişdirmək lazımdır. Bu məsələ ictimai tələbə çevrilməlidir. 60 min imzanı nəzərə alaraq, Köçəryanın həbsdən azad edilməsi məqsədini daşıyan komissiya yaradıldı". Rubrika.Az Geri qayıt |