Əsas Səhifə > Hadisə > Bu axşam Moskvada erməni işğalına haqq qazandıran film göstəriləcək...
Bu axşam Moskvada erməni işğalına haqq qazandıran film göstəriləcək...19-12-2019, 11:28 |
|
Dekabrın 9-da yerli vaxtla saat 19: 00-da(Bakı vaxtilə 20:00) Rusiya paytaxtında Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimi mədh edən həsr "Qayıdış" filminin nümayişi keçiriləcək. Rubrika.Az moderator.az-a istinadən xəbər verir ki, Rusiyadakı erməni nəşrlərinin yaydığı məlumata görə, üzdəniraq ekran əsərinin müəllifi muzdlu telejurnalist, sənədli filmlər rejissoru Svetlana Kulçitskayadır (Sankt-Peterburq). Bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. Bu qondarma filmində S.Kulçitskaya “Qarabağın bu günkü reallığı” ilə 1990-cı illərdəki vəziyyətini “müqayisə edir”... Film artıq Xankəndi və İrəvanda təqdim edilib. Ermənipərəst jurnalist və kinorejissor Svetlana Kulçitskaya Ermənistanın işğalçılığına haqq qazandıran və separatçı erməni rejimini tərifləyən "Atışmadan sonra" (1992), "Yaşayın" (1992), "Dincliyin qiyməti" (1994) filmlərinin də müəllifidir. Rubrika.Az Geri qayıt |