Əsas Səhifə > İdman > Makqreqor Həbibi təhqir etdi - “Kiçik siçovul, gəlirəm”
Makqreqor Həbibi təhqir etdi - “Kiçik siçovul, gəlirəm”19-12-2019, 15:24 |
![]() İrlandiyalı döyüşçü Konor Makqreqor prinsial rəqibi Həbib Nurmaqomedova təhqiramiz mesaj göndərib. Qol.az xəbər verir ki, özünün rəsmi İnstagram səhifəsinin “History” bölməsində öz şəklini paylaşan Konor bu sözləri yazıb: “Kiçik siçovul, mən gəlirəm”. “The Sun” nəşri yazır ki, UFC prezidenti Dana Uayt Makreqorun Həbiblə revanş döyüşünə hazırlaşdığını deyib. Belə bir döyüşün 2020-ci ilin sonlarında keçirilə biləcəyi ehtimalı var. Hələlik bununla bağlı UFC rəsmi qərar verməyib. Əlavə edək ki, yanvarın 18-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq UFC 246 turniri çərçivəsində Konor Makqreqorun Donald Serrone ilə göyüşü olacaq. Xatırladaq ki, 2018-ci ilin oktyabrın 6-da Həbiblə Konorun döyüşü keçirilib. Döyüşün dördüncü raunddunda dağıstanlı idmançı qələbəni təmin edib. RUBRİKA.AZ Geri qayıt |