Əsas Səhifə > Hadisə > Bakı-Quba yolunda ağır qəza: İti vurmamaq üçün manevr etdi - Yaralılar var
Bakı-Quba yolunda ağır qəza: İti vurmamaq üçün manevr etdi - Yaralılar var20-12-2019, 16:40 |
|
Bakı-Quba yolunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.az moderator.az-a istinadla bildirir ki, Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı yola çıxan iti vurmamaq üçün manevr etmək istəyən avtomobil aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 1938-ci il təvəllüdlü Süleymanov Bəylər İsgəndər oğlu, 1964-cü il təvəllüdlü Məmmədov Xayman Qoçəli oğlu, 1960-cı il təvəllüdlü Eyvazov Füzuli Balağa oğlu, 1958-ci il təvəllüdlü Hüseynov Hüseynağa Mirhüseyn oğlu və 1988-ci il təvəllüdlü Zeynalov İlqar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |