Əsas Səhifə > Müsahibə > Məntəqələrin sahibi seçicilərdir – MSK sədri
Məntəqələrin sahibi seçicilərdir – MSK sədri23-12-2019, 10:17 |
|
Biz çalışdıq ki, bütün Azərbaycan vətəndaşlarına öz güclərini sınamaq üçün maksimum şərait yaradılsın. Bilirsiniz ki, seçki prosesinin 3 əsas mərhələsi var. Bunlar namizədlərin qeydiyatı, təbliğat-təşviqat kampaniyası aparması dövrü və səsvermə günüdür. Bu gün 3 əsas mərhələnin sonuncusudur. Rubrika.Az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə bələdiyyə seçkilərində səsvermənin başlamasına dair keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, qeydiyyatla bağlı rəsmi müraciət olmayıb: “Yalnız az sayda namizəd öz arzusu ilə mübarizəni dayandırıblar. Nazmizədlərin irəli sürülməsi-qeydiyyatı, öz təbliğatını aparması ilə MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb. Yalnız “qaynar xətt”ə kifayət qədər müracitlər daxil olub ki, bunlar da texniki xarakter daşıyıb. Bu gün də hansısa xoşagəlməz hal baş verəcəksə, bununla bağlı çox ciddi addımlar atılacaq”. M.Pənahov məntəqə seçki komissiyaları prosesin ağır proses olduğunu nəzərə almalıdırlar: “42 minə yaxın namizədin iştirak etdiyi prosesin hazırlanıb həyata keçirilməsi asan deyil. Bir məntəqədə 10-dan təkcə qeydə alınmış müşahidəçi var. KİV nümayəndələrini və namizədlərin təmsilçilərini də əlavə etsək, hər məntəqədə 10-12 müşahidəçi ola bilər. Bu, kifayət qədər böyük bir rəqəmdir. Komissiya üzvləri elə şərait yaratmalıdırlar ki, hamı hiss etsin ki, məntəqələrin sahibi seçicilərdir. Bütün şərait seçicilər üçün yaradılıb, bütün işlər onlar üçün görülüb. Bu işlər nə komissiya üzvləri, nə də müşahidəçilər üçün görülüb. Əlbəttə, ola bilsin bir qədər ziddiyətli səslənir. Məntəqə seçki komissiyasının üzvləri, müşahidəçilər, KİV nümayəndələri üçün də bütün şərait yaradılıb ki, onlar seçicinin əsas fiqur olduğunu hiss etsinlər. Bütün görülən işlərin hamısı seçicinin xatirinə edilib. Bunu hamı başa düşməlidir”. Rubrika.Az Geri qayıt |