Əsas Səhifə > Müsahibə > İlham Əliyev və Mehriban Əliyeva səs verdi
İlham Əliyev və Mehriban Əliyeva səs verdi23-12-2019, 12:50 |
![]() Dekabrın 23-də müasir müstəqil Azərbaycanın tarixində növbəti bələdiyyə seçkiləri günüdür. Rubrika.Az virtualaz.org-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər. Rubria.Az Geri qayıt |