Əsas Səhifə > Hadisə > Azərbaycan və Gürcüstan XİN başçıları görüşdü

Azərbaycan və Gürcüstan XİN başçıları görüşdü


23-12-2019, 13:20
Azərbaycan və Gürcüstan XİN başçıları görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.

RUBRİKA.AZ "Report”a istinadən xəbər verir ki, görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidəki üçtərəfli görüşü çərçivəsində baş tutub.

XİN başçıları Azərbaycan-Gürcüstan münasibətləri, iki ölkənin iştirakı ilə həyata keçirilən layihələr, əməkdaşlığın gələcək perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bundan öncə D.Zalkaliani Türkiyənin xarici işlə naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib.

RUBRİKA.AZ
Geri qayıt