Əsas Səhifə > Qanun > İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN
İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN23-12-2019, 18:54 |
|
Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Rubrika.Az AzərTac-a istiadla bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılıb. Müəyyən edilib ki: Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirir; Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib: Azərbaycan Respublikasının Prezidentinə: Mərkəzin yenidən təşkili və ləğv edilməsi; Mərkəzin idarəetmə orqanlarının yaradılması; İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə: Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; TƏBİB-ə: Bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. TƏBİB: Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin; Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin; Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirirlər. Rubrika.Az Geri qayıt |