Əsas Səhifə > Dünya > Sərkisyan həbs olundu – Şok ittihamlar

Sərkisyan həbs olundu – Şok ittihamlar


24-12-2019, 12:48
Sərkisyan həbs olundu – Şok ittihamlar

İrəvan şəhər yurisdiksiya məhkəməsi Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyan barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Rubrika.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bundan əvvəl, Narek Sərkisyana qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edilmişdi.

Narek Sərkisyan dekabrın 21-də Çexiyadan Ermənistana gətirilib.

Onun barəsində qanunsuz silah-sursat, partlayıcı və ya partlayıcı qurğu əldə etmə, satma, saxlama, daşıma, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və ya satış məqsədi ilə satılması və ya qeyri-qanuni olaraq əldə edilməsi səbəbindən cinayət işi açılıb.

Cinayət işi üzrə ibtidai istintaq davam edir.

Narek Sərkisyan keçən il Çexiyada saxlanılmışdı.

Rubrika.az
Geri qayıt