Əsas Səhifə > Mədəniyyət > “Bəs şərəfimi necə qoruyum?" - Flora Kərimova Afət Fərmanqızını məhkəməyə verir
“Bəs şərəfimi necə qoruyum?" - Flora Kərimova Afət Fərmanqızını məhkəməyə verir25-12-2019, 14:12 |
|
Şərəfimi necə qoruyum? Rubrika.Az bildirir ki, ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı xalq artisti Flora Kərimova olub. Xalq artisti Afət Fərmanqızını məhkəməyə verəcəyini deyib: "Afəti məhkəməyə verməyə hazırlaşıram. Ülviyyə Alovlunu da məhkəməyə vermişəm, o lap əndazədir. Bunlar niyə belə edirlər, mən başa düşmürəm! Ağızlarını Allah yoluna qoyublar. Bəs şərəfimi necə qoruyum? Afət mənə deyib ki, qapmağı var, gücü yoxdur. O səviyyədə deyil, sənət o səviyyədə deyil. Mənim dövrümdə böyüyün üzünə ağ olmaq yox idi. Şövkət xanım, Sara xanım, Rübabə xanım cavanları elə qoruyurdular ki... O dövürdə bircə qadın üzə durub cığallıq edirdi. Artıq o dünyadadır. Ona "Allah rəhmət etsin" də deməzdim. Söhbət İlhamə Quliyevadan gedir". Rubrika.az Geri qayıt |