Əsas Səhifə > Təhsil > Düşmən Qarabağdakı orta məktəblərdə yeni laboratoriyalar açır: ABŞ ermənilərinin pulu ilə...
Düşmən Qarabağdakı orta məktəblərdə yeni laboratoriyalar açır: ABŞ ermənilərinin pulu ilə...25-12-2019, 16:46 |
|
Gələn il yanvar ayında Xankəndindəki 8 saylı orta məktəbdə ABŞ ermənilərinin vəsaiti hesabına yeni mühəndislik laboratoriyası açılacaq. Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, artıq bununla bağlı bütün işlər tamamlanıb və laboratoriyanın istifadəyə veriləsi üçün rəsmi açılış mərasiminin baş tutması gözlənilir. Xatırladaq ki, bu, Amerikadakı erməni iş adamlarının maliyyələşdirdiyi yeganə orta məktəb deyil. ABŞ-dakı ermənilər buna qədər Qarabağda 26 orta məktəbi bu cür müasir laboratoriyalarla təmin edib. Xankəndindəki 8 saylı orta məktəb müasir laboratoriya ilə təchiz edilən sayca 27-ci orta məktəb olacaq. Rubrika.Az Geri qayıt |