Əsas Səhifə > Siyasət > Eldar Nuriyev ədliyyə nazirinin müavini təyin edildi
Eldar Nuriyev ədliyyə nazirinin müavini təyin edildi26-12-2019, 15:50 |
![]() Bu gün prezident İlham Əliyev ədliyyə nazirinin yeni müavininin təyin edilməsinə dair sərəncam verib. Sərəncama əsasən Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub. Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, E.Nuriyev bu ilin noyabrında Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilmişdi. Ədliyyə nazirinin müavini vəzifəsi isə general-polkovnik Məhərrəm Əliyevin Administrasiyada islahatlar çərçivəsində Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilməsindən sonra boş qalırdı. Eldar Nuriyev 1955-ci ildə Lənkəranda anadan olub, uzun müddət prokurorluq orqanlarında işləyib. Baş prokurorun müavini olub. Daha sonra Prezident Administrasiyasında şöbə müdiri təyin edilmişdi və uzun müddətdir həmin vəzifədə işləyirdi. Rubrika.Az Geri qayıt |