Əsas Səhifə > Hadisə > Pərviz Müşərrəf barəsindəki edam hökmünün ləğvini istəyir
Pərviz Müşərrəf barəsindəki edam hökmünün ləğvini istəyir27-12-2019, 16:46 |
![]() Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf Lahor Ali Məhkəməsinə müraciət edərək barəsində çıxarılan edam hökmünün ləğv olunmasını istəyib. RUBRIKA.AZ “Report” a istinadla xəbər verir ki, xüsusi məhkəmə tərəfindən dekabrın 17-də 76 yaşlı P.Müşərrəf iqtidarda ikən qanunsuz olaraq fövqəladə səlahiyyətləri mənimsəməklə Konstitusiyanı pozmaqda, vətənə xəyanətdə təqsirli bilinərək edam cəzasına məhkum edilmişdi. Sabiq dövlət başçısı müraciətində bu qətnamənin tələm-tələsik, onun ali məhkəməyə barəsindəki qərarı dayandırmaq haqqında müraciət etdiyi vaxt çıxarıldığını, ona qarşı şəxsi qisas məqsədi daşıdığını bildirib. Müalicə üçün xaricə getmək icazəsi Pakistan Ali Məhkəməsi tərəfindən 2016-cı ildə ləğv edildikdən sonra Dubayda yaşayan general P.Müşərrəf 1999-cu ildə seçilmiş Nəvaz Şərif hökumətini devirib iqtidara gəlmiş, 2007-ci ildə fövqəladə vəziyyət elan edərək bir sıra yüksək vəzifəli hakimi ev dustağı etmişdi. 2013-ci ildə iqtidara qayıdan N.Şərif P.Müşərrəfi vətənə xəyanətdə ittiham etmiş, rəsmi ittiham isə 2014-cü ildə irəli sürülmüşdü. RUBRIKA.AZ Geri qayıt |