Əsas Səhifə > Cəmiyyət > Bakıda mənzildə yaşlı kişi meyiti tapıldı

Bakıda mənzildə yaşlı kişi meyiti tapıldı


28-12-2019, 09:49
Bakıda mənzildə yaşlı kişi meyiti tapıldı

Bakıda mənzildə meyit tapılıb.

Rubrika.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Musayev Yusub Hümbət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Rubrika.Az
Geri qayıt