Əsas Səhifə > İdman > UEFA Azərbaycanın 7 klubuna pul göndərdi – 400 min avro

UEFA Azərbaycanın 7 klubuna pul göndərdi – 400 min avro


28-12-2019, 12:48
UEFA Azərbaycanın 7 klubuna pul göndərdi – 400 min avro

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.

"Yeni Sabah" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"dan başqa, 7 klubumuza ümumilikdə 400 min avroya yaxın ödəniş olunub.

Vəsait 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənilir.

"Neftçi" - 56,794.43 avro

"Səbail" - 56,794.43 avro

"Qəbələ" - 56,794.43 avro

"Zirə" - 56,794.43 avro

"Sumqayıt" - 56,794.43 avro

"Sabah" - 56,794.43 avro

"Keşlə" - 56,794.43 avro

Qeyd edək ki, "Keşlə” üçün nəzərdə tutulmuş vəsait paytaxt təmsilçisinin aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Rubrika.Az
Geri qayıt