Əsas Səhifə > Dünya > Ermənilər Qarabağda “prezident” “seçki”lərini Azərbaycanlıların Soyqırımı günündə keçirəcək...
Ermənilər Qarabağda “prezident” “seçki”lərini Azərbaycanlıların Soyqırımı günündə keçirəcək...28-12-2019, 13:36 |
|
Bu həm də on illərdir Azərbaycanda oturub bu xalqa qarşı mənəvi-ruhi, iqtisadi-sosial soyqırımları davam etdirən ermənipərəst şəbəkənin əməllərinin nəticəsidir... Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim 2020-ci ilə nəzərdə tutulmuş növbəti qanunsuz “ prezident” “seçki”lərini martın 31-də keçirməyi planlaşdırır. Rubrika.Az-ın Moderator.az-a istinadən əldə etdiyi məlumata görə, bu barədə Ermənistanın “Verelq” nəşrinə Azərbaycan torpağında “prezident”liyə namizədliyini irəli sürmüş ermənilərdən biri deyib... P.S. Unutqanlara bur daha xatırladaq ki, 1998-ci ildən bəri, yəni 21-ci ildir ki, 31 Mart tarixi Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir. 1918-ci ilin həmin günündən başlayaraq erməni daşnak və bolşevik birləşmələri Bakı , Şamaxı, Quba, Lənkəran, Qarabağ, Zəngəzur, eləcə də Güney Azərbaycan ərazilərində, bəzi mənbələrə görə, 400 minə yaxın soydaşımızı amansızlıqla qətlə yetirib, on minlərlə müsəlman türkü, kürdü, talışı, ləzgini, avarı və s. yurd-yuvalarından didərgin salıblar... Və 31 Mart yalnız 1918-ci ildə deyil, ondan öncə 1905-1907-ci illərdə və sonra sovet hakimiyyəti illərində imperiya və daşnak erməni rejimləri tərəfindən Azərbaycan xalqına qarşı aparılmış soyqırımı, repressiya, sürgün, deportasiya və s. zülmlərin ümumi rəmzidir... Çox güman ki, ermənilər Azərbaycan xalqını növbəti dəfə aşağılamaq üçün qondarma “seçki”lərini məhz 31 marta təyin ediblər... P.P.S. Bu kimi olaylar həm də on illərdir Azərbaycanda oturub bu xalqa qarşı açıq-gizli şəkildə mənəvi-ruhi, siyasi-ideoloji, fizioloji, iqtisadi-sosial soyqırımlarını davam etdirən düşmən, ermənipərəst şəbəkənin əməllərinin nəticəsidir... Rubrika.Az Geri qayıt |