Əsas Səhifə > Müsahibə > "Mehriban xanım Əliyeva yalnız komandanın üzvü deyil, prezident İlham Əliyevin ən böyük silahdaşıdır..."
"Mehriban xanım Əliyeva yalnız komandanın üzvü deyil, prezident İlham Əliyevin ən böyük silahdaşıdır..."28-12-2019, 13:52 |
|
İllər öncə Azərbaycan xalqı referenduma getdi: Konsititusiyaya təklif olunan dəyişikliklər həm dövlətin gələcəyi, həm də Azərbaycan xalqını gələcəkdə necə yaşamasını müəyyən edirdi. Və xalq öz gələcəyini seçdi. Dəyişikliklər arasında ən vacib məqamlardan biri isə Azərbaycanda vitse-prezidentlik institutunun təsis edilməsi idi. Bu, Azərbaycanın dövlətçilik tarixində yeni reform olmaqla yanaşı, dövlət idarəçiliyinə yeni modelin gətirilməsi demək idi. Yüksək humanizm, xeyirxahlıq və nəciblik kimi ali mənəvi keyfiyyətləri, bənzərsiz ictimai fəaliyyəti ilə xalqın qəlbində taxt quran Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ona həvalə edilən məsuliyyətli missiyanın öhdəsindən böyük əzmkarlıqla, layiqincə gəldi. Azərbaycanın yeni və ciddi islahatlar dövrünə qədəm qoyduğu bir vaxtda Prezident İlham Əliyevin 2017-ci il fevralın 21-də imzaladığı sərəncam ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi bütün dünya ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Bütün sahələrdə müdriklik, fədakarlıq nümayiş etdirən Mehriban xanım Əliyeva ölkə Prezidenti İlham Əliyevin sosial siyasət kursunun uğurla reallaşmasında ən böyük silahdaşı oldu. Mehriban xanım Əliyeva vitse-prezident kimi fəaliyyətini düzgünlük, ədalət, humanizm, şəfqət, yaxşılıq etmək və kömək göstərmək kimi bəşəri dəyərlərin üzərində qurdu. Düşünürəm ki, ölkə yalnız o zaman möhkəm olur və inkişaf edir ki, onun güclü lideri və uğurlu komandası olur. Prezident İlham Əliyev Birinci vitse-prezident postuna Mehriban xanım Əliyevanı təyin etməklə xalqın istəyini həyata keçirdi. Bu, həm də Prezidentin xarici səfərlərdə olduğu müddətdə ölkənin əmin əllərdə olmasını təmin etmək kimi taleyüklü məsələdi. Bu gün modernləşən, demokratikləşən Azərbaycanın inkişafı üçün onun liderinin – Prezident İlham Əliyevin yanında kimlərin, daha dəqiq desək, necə insanların olması mühümdür. Belə demək mümkündürsə, komanda saat kimi işləyən bir mexanizmə sahib olmalı, tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirməli, həmçinin, iqtidar-cəmiyyət arasında təmasın maksimum şəkildə qurulmasına nail olmalıdır Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün Prezidentin yanında olan ən mühüm şəxsiyyətdir. O, yalnız komandanın üzvü deyil, eyni zamanda, öz çiyinlərinə bir çox məsuliyyətli işi götürən və bunu vaxtında, dəqiqliklə reallaşdıran insandır. Ən əsas məqamlardan biri Dağlıq Qarabağ münaqişəsində ədalətin bərpa olunması, beynəlxalq hüququn təmin edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, həmçinin, Xocalı soyqırımının dünyada təbliği və tanıdılması kimi dövlət əhəmiyyətli məsələlərdə Mehriban xanım Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə döyüşüb və mübarizə bu gün də davam edir. Mehriban Əliyeva Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində əməyi böyükdür. Bunu hər birimiz görür, alqışlayırıq. Bu dostluq, qardaşlıq nəticəsində Azərbaycan və Türkiyə bir-birini beynəlxalq qurumlarda dəstəklədiyir. Xalq və dövlət olaraq hər iki tərəf bu dəstəyi yüksək qiymətləndirdiyini düşünürəm. Hər iki ölkənin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan irimiqyaslı layihələr olduqca önəmlidir. Əminliklə deyə bilərəm ki, birgə fəaliyyətimiz gələcəkdə də öz bəhrəsini verəcək və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tezliklə həll olunacaq. Azərbaycan və Türkiyə xalqları arasında dostluq münasibətlər heç nə xələl gətirə bilməyəcək. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yeni formasının ortaya çıxması və davamlı inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlılığı hər kəsə məlumdur və insanlar bunu böyük qürurla xatırlayırlar. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq "Bir millət, iki dövlət” ifadəsi qardaşlıq şüarı kimi hər yerdə iftixarla işlədilir. Ən xoş hal budur ki, artıq bu ifadənin təkcə Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən yox, bütün dost və qardaş ölkələr üçün işlədildilir. Şahidiyik ki, bu müqqədəs hisslərin qorunmasında Mehriban Əliyeva ölkə prezidenti ilə birlikdə çiyin-çiyinə verib, əlindən gələni əsirgəmir. Xeyriyyəçilik, humanizm Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edir. Qayğı, mərhəmət, sosial öhdəlik kimi keyfiyyətləri hər kəsin yaddaşına həkk etdirməyə xidmət edən layihələrin müəllifi kimi çıxış etmək Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindəndir. Onun timsalında insanlığa sevgini, ehtiyacı olanlara mərhəmət və şəfqəti görürəm.. Mehriban xanımın bu sahədəki fəaliyyətini təhlil etdikdə bir daha əminliklə demək olar ki, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub. O, atıdığı addımları ilə gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Prezidentin etimadını doğruldan, xalqın inamını qazanan, bəşəriyyətin tanıdığı, sevdiyi, dəyər verdiyi xanım- Mehriban Əliyeva Türkiyə dövləti və şəxsim adından bildirmək istəyirəm ki, hər zaman sizin və cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti alqışlayır və dəstəkləyirik... Hulusi Kılıç, Türk Dünyası Parlamentlər Birliyinin baş koordinatoru, Türkiyənin Azərbaycandakı sabiq səfiri Geri qayıt |