Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda sabiq məmur həbs olundu
Azərbaycanda sabiq məmur həbs olundu28-12-2019, 14:12 |
|
Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub. Rubrika.Az-ın APA-ya istinadən əldə etdiyi məlumatda bildirilir ki, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd edilir ki, adıçəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədilə külli miqdarda pul alıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Rubrika.Az Geri qayıt |