Əsas Səhifə > Dünya > Türkiyə bu il 778 əcnəbi terrorçunu deportasiya edib
Türkiyə bu il 778 əcnəbi terrorçunu deportasiya edib30-12-2019, 09:00 |
|
2019-cu ildə Türkiyə 778 əcnəbi döyüşçünü - terrorçunu deportasiya edib. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin başçısı Süleyman Soylu bildirib. "İlin başlanğıcından biz 778 əcnəbi döyüşçünü - terrorçunu öz ölkələrinə göndərdik", - deyə Süleyman Soylu qeyd edib. Nazirlik rəhbəri həmçinin bildirib ki, ötən il ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları 15 milyard lirə məbləğində 43 milyon marixuana bitkisini müsadirə edib. Soylunun sözlərinə görə, Türkiyənin təhlükəsizlik qüvvələri son iki il ərzində YPG/PKK terror təşkilatının 2700 sığınacağını məhv edib və qruplaşmanın silahlıları tərəfindən istifadə olunan 600 radiostansiyanı müsadirə edib. Rubrika.az Geri qayıt |