Əsas Səhifə > Səhiyyə > Azərbaycan Tibb Universitetindən 35 tələbə qovuldu
Azərbaycan Tibb Universitetindən 35 tələbə qovuldu30-12-2019, 11:23 |
|
Azərbaycan Tibb Universiteti (ATU) 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib. Rubrika.az "Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə ATU-dan məlumat verilib. Bildirilib ki, qərar Universitetin Rektoryanı Şurası tərəfindən çıxarılıb. Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019\2020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər. Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər Rubrika.az Geri qayıt |