Əsas Səhifə > Gündəm > Qarabağın ən yüksək zirvəsində 2020-ni də biz yox, erməni hərbçiləri qarşıladı...

Qarabağın ən yüksək zirvəsində 2020-ni də biz yox, erməni hərbçiləri qarşıladı...


2-01-2020, 16:43
Qarabağın ən yüksək zirvəsində 2020-ni də biz yox, erməni hərbçiləri qarşıladı...

Azərbaycanın işğal altındakı torpaqlarında ən yüksək silsilə olan Murovdağda işğalçı əsgərlərin qurduğu mövqelərdən yeni görüntülər yayılıb.

Rubrika.Az Moderator.az-a istinadla xəbər verir ki, erməni nəşrləri qanunsuz “müdafiə ordusu”nun Kəlbəcər ərazisindəki mövqelərində 2020-ci ili qarşılayan işğalçı hərbçilərin yeni görüntüləri yayılıb.

P.S. 2020-ci ili - Kəlbəcərin, Murovun işğalından sonrakı 27-ci Yeni ili də Azərbaycanın Kürün sağ sahilindəki, Qarabağdakı ən yüksək zirvəsi olan 3724 metrlik Gamışdağda biz yox, ermənilər qarşıladı...

P.P.S. İqtisadiyyatda, elmdə, idmanda və s. ən yüksək zirvələri fəth etsək də, Bakıda 500 metrlik bayraq ucaltsaq da, Azərbaycan vətəndaşını kosmosa uçurtsaq da, Murovu, Gamışdağı, Dəlidağı, Qırxqızı, İşıqlıdağı, Kirsi, Sarıbabanı, Hoçazı və s. bizə əvəz edən deyil...

Rubrika.Az

Geri qayıt