Əsas Səhifə > Araşdırma > Vasif Talıbov bu dəfə barıtı çox etdi: 4 nəfər yaralandı
Vasif Talıbov bu dəfə barıtı çox etdi: 4 nəfər yaralandı2-01-2020, 21:23 |
|
Yeni il gecəsi Naxçıvan şəhərində yerli hakimiyyət orqanlarının təşkil etdiyi “bayram atəşfəşanlığı” az qala insan tələfatı ilə nəticələnəcəkdi. Rubrika.az “Yeni Sabah”a istinadla xəbər verir ki, Naxçıvan rəhbərliyi Bakıdan geri qalmamaq və daha miqyaslı atəşfəşanlıq təşkil etmək qərarına gəlib. Turan-ın bu haqda yaydığı xəbərdə bildirilir ki, naxçıvanlılar fişəngi artilleriya mərmisi ilə səhv salıblar, çünki fişəng atılan kimi partlayış baş verib və fişəng topları yuxarı deyil, çoxminlik insan axınının üzərinə düşüb. Sosial şəbəkələrdə yayımlanan videoda adamların bayram təşkilatçılarını lənətləyərək yanmaqdan qorunmaq üçün təlaşla qaçdıqları görünür. Qeyri-rəsmi məlumata görə, dörd nəfər xəsarət alıb. Bayramda iştirak edən Naxçıvan rəhbəri Vasif Talıbovun ailəsi nə baş verdiyini açıqlamır. Rubrika.Az Geri qayıt |