Əsas Səhifə > Dünya > İranlı generalın öldürülməsi müharibənin başlanğıcı ola bilər – Senatordan etiraf
İranlı generalın öldürülməsi müharibənin başlanğıcı ola bilər – Senatordan etiraf3-01-2020, 10:30 |
|
Bağdadda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsi Yaxın Şərqdə yeni müharibəyə səbəb ola bilər. Bu barədə amerikalı senator Kris Merfi özünün “Twitter ” səhifəsində yazıb. Onun sözlərinə görə, Süleymani birmənalı olaraq ABŞ-ın düşməni olub. “Sualı başqa cür qoymaq lazımdır: Amerika təsir gücünə görə İranın ikinci şəxsini Konqressin icazəsi olmadan öldürərkən irimiqyaslı regional müharibəni başlaya biləcəyini həqiqiqətən anlayırdımı?” – senator qeyd edib. Daha öncə bildirilmişdi ki, Süleymani Bağdad hava limanında İraqın şiə qoşunlarının komandan müavini əbu Məhdi əl-Muhəndislə görüşü zamanı aviazərbə nəticəsində qətlə yetirilib. ABŞ tərəfi əl-Muhəndisi Amerika səfirliyinə hücumda ittiham edir. Rubrika.Az Geri qayıt |