Əsas Səhifə > Dünya > İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirəcək
İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirəcək6-01-2020, 08:07 |
|
İran general Süleymaninin öldürülməsinə cavab olaraq, ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır. Belə iddia ilə CNN-in efirində İran Ali lideri Əli Xameneinin məsləhətçisi Hüseyn Deqan çıxış edib. O gələcək haqqında proqnoz verərək bildirib: “Müharibəni Amerika başladı. Ona görə də, onlar hərəkətlərinin məqsədəuyğun nəticəsinə hazır olmalıdırlar. Bu müharibə dövrünə son qoymağın yeganə yolu ABŞ-ın bizə dəyən zərbəyə bərabər zərbə alması ola bilər”. İran diplomatı qeyd edib ki, cavabları şübhəsiz ki, hərbi olacaq və birbaşa ABŞ-ın hərbi obyektlərinə yönələcək. Bununla bərabər, o bildirib ki, İran hökuməti heç vaxt müharibəyə can atmayıb və atmayacaq da. Rubrika.az Geri qayıt |