Əsas Səhifə > İdman > Lempard Olivye Jirunun "Çelsi”dən" gedişi xəbərini təsdiqləyib
Lempard Olivye Jirunun "Çelsi”dən" gedişi xəbərini təsdiqləyib6-01-2020, 09:56 |
|
"Çelsi”nin baş məşqçisi Frenk Lempard komandanın hücumçusu Olivye Jirunun yaxın vaxtlarda London klubunu tərk edə biləcəyini istisna etməyib. Rubrika.Az-ın “Report”a istinadən məlumatına görə, bu barədə “Sky Sports” bildirib. "Biz Olivye ilə əlaqə saxladıq və bu nəticəyə gəldik ki, o bu şərtlə gedə bilər ki, müqavilə onu, klubu, komandanı və məni razı salsın. Amma təkrarlamaq istəyirəm: şərtlər dörd tərəfin hamısını qaydaya salmalıdır. Görək, bundan nə alınacaq", - deyə Lempard bildirib. "Çelsi"nin oyunçusu iki il əvvəl "Arsenal”dan keçidini rəsmiləşdirib. Cari mövsümdə 33 yaşlı fransız 6 matç keçirsə də, səmərəli oyunu ilə fərqlənməyib. Müxtəlif KİV-lər Jirunun Fransa çempionatına mümkün qayıdışından bəhs edir. "Nyukasl Yunayted"in adı hücumçunun xidmətlərinə iddiaçılar arasında hallandırılır. Rubrika.Az Geri qayıt |