Əsas Səhifə > İdman > Millimizin hücumçusu “Neftçi”yə qayıtdı
Millimizin hücumçusu “Neftçi”yə qayıtdı7-01-2020, 16:53 |
|
"Səbail" klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayırıb. Rubrika.Az xəbər verir ki, bu barədə klubun rəsmi "İnstagram" səhifəsi məlumat yayıb. Bildirilib ki, 25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb. Onun icarə müddəti bu ilin yayında sona çatmalı idi. Qeyd edək ki, Mirabdulla Abbasov Azərbaycan millisinin də üzvüdür. O, 2018-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilib. Rubrika.Az Geri qayıt |