Əsas Səhifə > Cəmiyyət > Bakı şəhər DYP-nin rəisi təqaüdə göndərildi

Bakı şəhər DYP-nin rəisi təqaüdə göndərildi


7-01-2020, 22:30
Bakı şəhər DYP-nin rəisi təqaüdə göndərildi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin (DYP) rəisi, polis polkovniki Nüşirəvan Səfərov işdən çıxarılıb.

Rubrika.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, N.Səfərov xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Bakı şəhər Baş Polis İdarəsindən faktı təsdiqləyiblər.

Rubrika.az
Geri qayıt