Əsas Səhifə > Bölgə > Sərsəng anbarının ətrafındakı meşələrin, günlərdir, yandırıldığı bilindi...

Sərsəng anbarının ətrafındakı meşələrin, günlərdir, yandırıldığı bilindi...


8-01-2020, 12:28
Sərsəng anbarının ətrafındakı meşələrin,  günlərdir, yandırıldığı bilindi...

İran generalı üstündə, az qala, atışmaya qalxan soydaşlarımız, bir bu yana boylanın: Qarabağımız yanıb əldən gedir e, gedir!..

25 ildən çoxdur işğal altındakı torpaqlarımızın florasına, faunasına, təbii sərvətlərinə nəzarət edə bilməyən əlaqədar qurumlarımız, yəqin ki, faktı araşdırmağa çalışıb, heç olmasa, beynəlxalq təşkilatları məlumatlandırıb hay qaldıracaqlar...

Azərbaycanın işğal altındakı Sərsəng su anbarının ətrafındakı dağ meşələri bir neçə gündür ki, yanır.

Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, bu haqda Qarabağda yaşayan Ayko Sarkisyan ad-soyadlı ermənilərdən biri sosial şəbəkədə məlumat paylaşıb. Fotoların da təqdim edildiyi paylaşımda belə deyilir:

“Artıq bir neçə gündür ki, Sərsəng su anbarının sol sahilindəki meşələri yandırır və məhv edirlər...”

Meşələrimizin qəsdən, yoxsa təsadüfən yandırılması və bunun konkret kimlər tərəfindən edilməsi barədə məlumat verilmir...

P.S. Günlərdir, İran generalı Qasım Süleymaninin üstündə, az qala, bıçaqlaşmaya, atışmaya qalxan soydaşlarımız, ay müsəlmanlar, ay özünə türk deyənlər, bir bu yana boylanın: işğal altındakı torpaqlarımız yanır e! Haray! Qarabağ əldən gedir e, gedir!..

P.P.S. 25 ildən çoxdur işğal altındakı torpaqlarımızın florasına, faunasına, təbii sərvətlərinə nəzarət edə bilməyən əlaqədar qurumlarımız, yəqin ki, faktı araşdırmağa çalışıb, heç olmasa, beynəlxalq təşkilatları məlumatlandırıb hay qaldıracaqlar...

Rubrika.Az
Geri qayıt