Əsas Səhifə > Cəmiyyət > Abşeron Gənclər Şəhərciyində yanğın olub - YENİLƏNİB
Abşeron Gənclər Şəhərciyində yanğın olub - YENİLƏNİB9-01-2020, 15:46 |
![]() Abşeron Gənclər Şəhərciyində baş vermiş yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəhərcikdə olan mənzilin 2 m² sahəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. *** 14:41 Xırdalan şəhərində yanğın hadisəsi baş verib. Hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb. Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır. Rubrika.Az Geri qayıt |