Əsas Səhifə > Cəmiyyət > Dövlət Komitəsi zorakılığa məruz qalan uşaqların əlamətlərini açıqlayıb
Dövlət Komitəsi zorakılığa məruz qalan uşaqların əlamətlərini açıqlayıb9-01-2020, 15:57 |
![]() Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, müraciətdə valideynlərə övladlarının zorakılığa məruz qalıb-qalmadığını anlamaq üçün uşaqlarda aşağıdakı əlamətlərin olub-olmamasına diqqət yetirmək tapşırılıb: - Bədəninin hər hansı bir yerində göyərmə, kəsik, sıyrıq, şişlik qırıq, çıxıq və yaxud yara varsa; - Bu əlamətləri paltarları ilə gizlətməyə çalışırsa; - Sağalmayan, səbəbi məlum olmayan yaralar; - Özünə aid əşyaları itirirsə və evə cırıq paltarlarla gəlirsə; - Həmişəkindən daha çəkingən, içinə qapanıq, və etinasız, süst olursa; - Sizinlə və ətrafındakılarla ünsiyyətdən qaçırsa; - Tək qalmağa meyillidirsə; - Başqalarına inanmırsa; - Məktəbə getmək istəmirsə, dərsdən qaçırsa; - Yuxusunda və iştahında dəyişikliklər varsa - Yatağını islatma, kəkələmə və nitqində ilişmə, gecə kabusları varsa, - Təhsil naliyyətlərində geriləmə varsa, - Anormal sakitlik və ya aqressiv davranma, söz dinləməmək, üsyankarlıq varsa; - Verdiyiniz suallara yalan cavablar verirsə, hekayələr uydurursa; - Dinlədiyi musiqidə, çəkdiyi şəkillərdə, yazılarında şiddəti göstərən əlamətlər varsa; - Vücudunun eybəcər olduğunu, cinsi orqanlarında bir problem olduğunu düşünürsə; - Oyuncaqları ilə və ya başqa uşaqlarla oynayarkən cinsəllik və zorakılıq ehtiva edən hərəkətlərə üstünlük verirsə, onun zorakılığa məruz qaldığını düşünə bilərsiniz. Rubrika.Az Geri qayıt |