Əsas Səhifə > Dünya > Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb
Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb12-01-2020, 15:36 |
|
Türkiyənin cənubundakı Hatay əyalətində növbəti genişmiqyaslı antiterror əməliyyatına başlanılıb. Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir. Ölkənin Dаxili İşlər Nаzirliyində bildirilib ki, “Kapan-2” (“Tələ-2”) adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib. Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır. Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib. Qeyd edək ki, PKK terror qruplaşması 1984-cü ildə meydana çıxıb. PKK silahlıları Türkiyədə sabitliyi pozmaq üçün bir sıra terror aktları təşkil ediblər. Rubrika.az Geri qayıt |