Əsas Səhifə > İdman > "Real" 11-ci dəfə İspaniya Super kubokunun qalibi oldu
"Real" 11-ci dəfə İspaniya Super kubokunun qalibi oldu13-01-2020, 09:56 |
![]() Səudiyyə Ərəbistanında İspaniya Super kubokunun final qarşılaşması keçirilib. Virtualaz.org-un məlumatına görə, finalda Madrid şəhərinin iki təmsilçisi "Real" və "Atletiko" qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtında komandalar hesabı aça bilməyiblər. Oyunun 116-cı dəqiqəsində "Atletiko"nun müdafiəçisi Federiko Valverde qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb və komandasını azçıqda qoyub. Bununla belə, "kral klubu" penaltilər seriyasında daha dəqiq olub və qalib gəlib - 4:1. Beləliklə, "Real Madrid" tarixində 11-ci dəfə İspaniya Super kubokuna yiyələnib. Rubrika.Az Geri qayıt |