Əsas Səhifə > Din > Kərbala Briqadasının komandiri öldürüldü - İRANA QARŞI DAHA BİR MƏXFİ ƏMƏLİYYAT
Kərbala Briqadasının komandiri öldürüldü - İRANA QARŞI DAHA BİR MƏXFİ ƏMƏLİYYAT13-01-2020, 10:14 |
![]() Ötən gün yanvarın 11-də İraqda İrana bağlı şiə qruplaşmalarından birinin lideri, görkəmli komandir Taleb Abbas Əli əl-Səidi öldürülüb. Virtualaz.org “Daily Mail” nəşrinə istinadən bildirir ki, İraq şiələrinin Xalq Səfərbərlik Qüvvələrinin lideri olan Taleb Abbas Əli əl-Səidi Bağdaddan 90 kilometr məsafədəki Kərbala şəhərində naməlum silahlıların həyata keçiriyi əməliyyat nəticəsində öldürülüb, lakin əməliyyatın təfərrüatları barədə məlumat yoxdur. Taleb Abbas Əli əl-Səidi Xalq Səfərbərlik Qüvvələrinə bağlı Kərbala Briqadasının komandiri idi. Bu silahlı qruplaşma İraqda ABŞ qüvvələrinə qarşı tez-te hücumlar təşkil edir. Birləşmiş Ştatların Yaxın Şərqdə əməliyyatlara rəhbərlik edən Mərkəz komandanlığı Kərbala şəhərindəki silahlı əməliyyat barədə şərh verməyib. Taleb Abbas Əli əl-Səidinin öldürülməsi ABŞ ordusu tərəfindən İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri, general Qasım Süleymaninin və briqadanın biri general olmaqla daha 4 zabitinin, o cümlədən İraqdakı "Həşdi Şabi" qruplaşmasının komandir müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi əməliyyatından bir neçə gün sonraya təsadüf edir. Həmin əməliyyat yanvarın 3-də Bağdad aeroportu yaxınlığında keçirilib. İran yanvarın 8-də qisas olaraq ABŞ-ın İraqdakı aviabazalarına raket zərbələri endirib. İraqdakı yaxşı silahlanmış "Xalq Səfərbərlik Qüvvələri" İranın "Əl-Qüds" qüvvələri tərəfindən dəstəklənir. Rubrika.Az Geri qayıt |