Əsas Səhifə > Dünya > Separatçı rejimin prezidenti istefa verdi...

Separatçı rejimin prezidenti istefa verdi...


13-01-2020, 11:46
Separatçı rejimin prezidenti istefa verdi...


Moderator.az TASS-a istinadən xəbər verir ki, bir neçə saat əvvəl özünü elan etmiş Abxaziya respublikasının prezidenti Raul Xadjimba istefa verib. Müvafiq bəyanat ölkənin keçmiş baş naziri Sergey Şamba tərəfindən prezidentin dövlət bağında toplaşan rəsmilərin qarşısında elan edib.

"Ölkədəki sabitliyi qorumaq naminə prezident səlahiyyətlərindən istefa etdiyimi sizə bildirirəm"- bəyanatı oxunub.

Rusiya və Suriya tərəfindən tanınan Abxaziyanın vitse-prezidenti Aslan Bartsits bu məlumatı TASS-a təsdiqləyib.

Bazar günü yüzlərlə müxalifət tərəfdarı prezidentin dövlət bağı binasının qarşısında toplaşıb. Şambanın Xadjimbanın istefası ilə əlaqədar dediklərini, toplaşanlar fitə basıblar, alqışlayıblar, havaya atəş açılıb və sonra dağılıblar.

Rubrika.az
Geri qayıt