Əsas Səhifə > Bölgə > Baş nazirin qızı keçmiş Təhlükəsizlik rəhbərindən şikayət etdi...
Baş nazirin qızı keçmiş Təhlükəsizlik rəhbərindən şikayət etdi...13-01-2020, 11:57 |
|
"Ona bu işdə eks-prezidentinin kürəkəni və Parlament aparatının keçmiş rəhbəri də fəal kömək edir..." Ermənistanın hökumətyönlü nəşrlərindən biri xüsusi xidmət orqanlarının keçmiş rəhbərinin baş nazir Nikol Paşinyanın ailəsinə qarşı kampaniyaya fəal dəstək verməsi barədə məqalə dərc edib. Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyanın böyük qızı Mariam Paşinyan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın mətbuatda ailəsinə qarşı bir kampaniya təşkil etməsinə görə təəssüfləndiyini bildirib. Paşinyanın qızı özünün “Facebook” səhifəsində hökumətyönlü “Haykakan Jamanak” qəzetində (nəşrin baş redaktoru Baş nazirin həyat yoldaşı Anna Akopyandır - red.) Vanetsyanın hökumət başçısının ailəsinə qarşı bir mətbuat kampaniyası təşkil etdiyini və buna davam etdiyini bildirən bir məqaləni paylaşıb. Baş nazirin qızı A.Vanetsyanın ailəsinə yaxın olduqları qısa bir dövrü də xatırladır: MTX-nin keçmiş direktorunun uşaqları ilə oynamaqları, itlərini gəzdirmələri və ərik yığmaları... Məqalədə deyilir ki, A.Vanetsyana baş nazirin ailəsinə qarşı kampaniyanın təşkilində Ermənistanın terrorçu eks-prezidentinin Serj Sərkisyanın kürəkəni Mikael Minasyan və Parlament aparatının keçmiş rəhbəri Ara Sağatelyan da fəal kömək edir. Rubrika.Az Geri qayıt |