Əsas Səhifə > Cəmiyyət > Bu həftə deputatlığa namizədlərin təşviqatı başlayır

Bu həftə deputatlığa namizədlərin təşviqatı başlayır


13-01-2020, 12:29
Bu həftə deputatlığa namizədlərin təşviqatı başlayır

Bu həftə Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

Rubrika.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.

Bildirilib ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu ilin fevralın 9-na təyin edilib.

Rubrika.az
Geri qayıt