Əsas Səhifə > Cəmiyyət > DİN polis əməkdaşının narkotiklə saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib
DİN polis əməkdaşının narkotiklə saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib13-01-2020, 15:27 |
|
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının narkotik vasitə ilə saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli “Report”a açıqlamasında qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Salyan RPŞ-nin əməkdaşı olmuş Fərid Hüseynov bir müddət əvvəl öz istəyi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib: “Hazırda yazılan məlumatlarla bağlı araşdırma aparılır”. Qeyd edək ki, sosial şəbəkələrdə Salyan RPŞ-nin əməkdaşı F.Hüseynovun Sabirabad RPŞ əməkdaşları tərəfindən saxlanıldığı, onun üzərindən narkotik vasitə götürüldüyü ilə bağlı məlumat yayılıb. Rubrika.az Geri qayıt |