Əsas Səhifə > Cəmiyyət > Şəhidlər Xiyabanında şıllaq atan hindistanlı turistlər qalmaqalı

Şəhidlər Xiyabanında şıllaq atan hindistanlı turistlər qalmaqalı


13-01-2020, 16:24
Şəhidlər Xiyabanında şıllaq atan hindistanlı turistlər qalmaqalı

Azərbaycanda səfərdə olan bir qrup hindistanlı turist musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirib.

Rubrika.az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə görüntülər ötən həftə sosial şəbəkələrdə yayılıb.

Görüntülərə əsasən Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin dəfn olunduğu xiyabanı əyləncə məkanı ilə səhv salan hindistanlılar məzarların önündə ritmik musiqinin sədaları altında qaçaraq rəqs ediblər. Mühafizə xidməti tərəfindən nəzarət olunan bu xiyabanda gənclərin necə çəkiliş aparmaları da müəmma doğurur. Turistlərin əylənmək üçün bu müqəddəs məkanı seçmələri əhalinin, şəhid yaxınlarının, Qarabağ veteranlarının ciddi narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşılaraq pislənən bu hadisəyə görə işində məsuliyyətsizliyə yol verən şəxslərin cəzalandırılması tələb olunub.

Ola bilər ki, adət-ənənləri fərqli olan, ölüləri yandıraraq basdıran hindistanlılar etdikləri bu hərəkətin Azərbaycan xalqına hörmətsizlik olduğunu anlamayıblar. Ölkəyə turist səfərləri təşkil olunan zaman onlara müqəddəs və toxunulmaz yerlərlə bağlı məlumat verilmirmi?

Rubrika.az
Geri qayıt