Əsas Səhifə > Cəmiyyət > Seçki qutusuna topa bülleten atan ADP sədrinin müavini imiş — VİDEO

Seçki qutusuna topa bülleten atan ADP sədrinin müavini imiş — VİDEO


13-01-2020, 18:57
Seçki qutusuna topa bülleten atan ADP sədrinin müavini imiş — VİDEO

Sosial şəbəkələrdə yayılan videoda seçki qutusuna topa bülleten atan kişinin kimliyi məlum olub.

Rubrika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 9-cu məntəqəsində seçki qutularının hər birinə bir neçə səsvermə bülleteni atan şəxs Azərbaycan Demokratik Partiyasının (ADP) ümumi işlər üzrə müavini Zakir Hüseynovdur.

Onun qanunsuz hərəkətləri seçki məntəqəsində quraşdırılımış veb-kameralara düşüb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xatırlatmaq üçün bildirək ki, ADP-nin sədri Sərdar Cəlaloğludur.



Rubrika.Az
Geri qayıt