Əsas Səhifə > Müsahibə > Ramiz Mehdiyevdən ittiham: “Maaşlar çox aşağıdır”
Ramiz Mehdiyevdən ittiham: “Maaşlar çox aşağıdır”15-01-2020, 21:17 |
|
“AMEA-da maaşlar çox aşağıdır və bu da işçilərimizin həyat səviyyəsinə təsir edir”. Rubrika.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib. Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib. “İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”. Qeyd edək ki, AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabah məruzələri ilə çıxış ediblər. /AzEdu.az Rubrika.az Geri qayıt |