Əsas Səhifə > Müsahibə > Mikayıl Cabbarov: Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb
Mikayıl Cabbarov: Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb17-01-2020, 17:45 |
|
Azərbaycanda yoxsulluq səviyyəsi 10 dəfə azalıb. Rubrika.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla BMT arasında növbəti beş il üçün əməkdaşlığının prioritet sahələrinin təyin edilməsinə həsr olunmuş konfrans zamanı deyib. Nazirin sözlərinə görə, 2001-ci ildə Azərbaycanda əhalinin 49 faizi yoxsulluq həddindən aşağıda yaşayırdı, bu gün isə bu göstərici 5 faizdən aşağıdır. M.Cabbarov qeyd edib ki, 2016-cı ildə yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Koordinasiya Şurası 17 prioritet hədəf və 88 hədəf göstəricisi seçib: "Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunluğunun müəyyən edilməsi üçün operativ kompleks qiymətləndirmə keçirilib və bunun nəticəsində uyğunluq 70 faiz səviyyəsində müəyyən edilib". Rubrika.Az Geri qayıt |