Əsas Səhifə > Dünya > Ukrayna İranı Boeing 737 təyyarəsinin vurulmasına görə təhqiqata mane olmaqda ittiham edir

Ukrayna İranı Boeing 737 təyyarəsinin vurulmasına görə təhqiqata mane olmaqda ittiham edir


17-01-2020, 17:50
Ukrayna İranı Boeing 737 təyyarəsinin vurulmasına görə təhqiqata mane olmaqda ittiham edir

Ukrayna İranı “Ukrayna beynəlxalq hava yolları” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsinin vurulması ilə bağlı aparılan təhqiqata mane olmaqda suçlayıb.

Kiyevdə yerləşən Milli məhkəmə tibb ekspertizası elmi-araşdırma institunun direktoru Aleksandr Ruvin yerli mətbuata müsahibəsində təyyarənin qalıqlarını yalnız yanvar ayının 10-da görə bildiklərini söyləyib.

Onun sözlərinə görə, məhz həmin vaxt raket zərbəsini izlərinə və sərnişinlərin şəxsi baqajlarındakı dağıdıcı elementlərə rast gəlmək mümkün olub. Aleksandr Ruvin İran rəsmilərini onları təyyarə qalıqlarının olduğu güman edilən anqara gətirdiklərini, lakin burada hər hansı ciddi sübuta rast gəlmədiklərini vurğulayıb.

“Biz sadəcə, buldozerlərlə yığılmış dəmir qalıqlarını gördük, iranlılar isə sadəcə 4 saat işləməyə icazə verdilər. Üstəlik, gördüklərimizi mobil telefonla çəkmək hüququndan məhrum edildik. Məhz həmin günün səhəri rəsmi Tehran təyyarəni raketlə vurduğunu etiraf etməli oldu”,- deyə ukraynalı ekspert qeyd edib.

Ukrayna prezidenti Vladimir Zelenski isə rəsmi Tehrana qarşı ittihamlarını sıralamqda davam edir. Bunların içində İranın rəsmi üzr istəməsi və müvafiq təzminat ödəməsi yer alıb.

Bundan başqa, Ukrayna baş prokuroru Ruslan Ryaboşapka İran ekspertləri tərəfinən aşkar edilən “qara qutu”ıarın onlara verilməsini tələb edib.

Rəsmi Kiyevin tələblərinə Kanada, İsveç, Əfqanıstan vəə Böyük Britaniya da qoşulub. Adı çəkilən ölkələrin xarici işlər nazirləri İrandan faciədə ölən 176 sərnişinin ailələrinə təzminat ödəməyə, habelə “dərin və şəffaf beynəlxalq araşdırmaya” yardım göstərməyə çağırıblar.

Kanada xarici işlər naziri Fransua-Filip Şampan İranın beynəlxalq məsuliyyət daşıması barədə məsələni beynəlxalq gündəmdə tutacaqları sözünü verib.

Rusiya isə rəsmi Tehranı müdafiə edən açıqlama ilə çıxış edib. Rusiya xarici işlər naziri səlahiyyətlərin icra edən Sergey Lavrov faciənin insan səhvindən qaynaqlandığını və qəsdən törədilmədiyini qeyd edərək, müttəfiq ölkəni hər hansı məsuliyyət daşıdığı barədə fikir söyləməkdən boyun qaçırıb.

Rubrika.az
Geri qayıt