Əsas Səhifə > Bölgə > Sovetski”də söküntü işləri dayandırıldı

Sovetski”də söküntü işləri dayandırıldı


17-01-2020, 18:32
Sovetski”də söküntü işləri dayandırıldı

“Sovetski” ərazisində söküntü işləri dayandırılıb.

Bu barədə “Report”a həmin ərazidə yaşayan sakinlər məlumat verib.

Bildirilib ki, sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib.

Qeyd edək ki, bu gün “Sovetski” ərazisində 24 ailənin yaşadığı evlərin söküntü işlərinə başlanılmışdı.

Rubrika.az
Geri qayıt