Əsas Səhifə > Cəmiyyət > İsmayıllıda mikroavtobus qəzaya düşdü — 1 ölü, 7 yaralı var
İsmayıllıda mikroavtobus qəzaya düşdü — 1 ölü, 7 yaralı var20-01-2020, 11:55 |
|
Göyçay-İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.az APA-ya istinadla bildirir ki, hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb. Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşıdan gələn “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində “VAZ 21099”un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb, yeddi nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |