Əsas Səhifə > Dünya > Kadırov atasının kadrlarından ibarət Məşvərət Şurası yaratdı
Kadırov atasının kadrlarından ibarət Məşvərət Şurası yaratdı21-01-2020, 11:45 |
![]() Çeçenistan rəhbəri Ramzan Kadırov atası, ölkənin ilk rəhbəri Əhməd Kadırovun komandasından olan veteranlardan ibarət Məşvərət Şurası yaradıb. Virtuala.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə respublika rəhbərinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ramzan Kadırovun rəhbərlik etdiyi qurum daimi fəaliyyət göstərəcək: “Respublikanın başçısı onların zəngin təcrübə və biliklərini ölkənin gələcək inkişafına yönəltməyi qərara aldı. Şuranın vəzifələri respublikanın sosial-iqtisadi və ictimai-siyasi inkişafı, yerli icra orqanlarının səlahiyyətlərinin səmərəli həyata keçirilməsi ilə bağlı təklif və tövsiyələr hazırlamaqdan ibarətdir”. RUBRİKA.AZ Geri qayıt |